1. Sənətkar və ya tacirlərin (sexlərin, gildiyaların) orta əsrlərdə geniş yayılmış birlik forması.
Böyük Fransa inqilabı öz inhisarçı mövqeyi ilə istehsal qüvvələrinin inkişafını ləngidən sex K.-larını ləğv edib.
2. Konkret məqsədə çatmaq üçün birləşərək müstəqil hüquqi subyekt (hüquqi şəxs) yaradan fərdlərin məcmusu.
Müasir dövrdə səhmdar cəmiyyətləri ilə eyniyyət təşkil edən korporasiyalar Qərbdə geniş yayılıb. İlk korporasiyalar XIX əsrin sonunda ABŞ-da dəmiryol tikintisi ilə məşğul olub; hazırda isə onlar bu ölkənin iqtisadiyyatının bütün sahələrində aparıcı yer tutur. ABŞ-ın emal sənayesində əldə edilən gəlirlərin 98%-i korporasiyaların payına düşür.