+2 👍
272 👀
Elm, Təhsil, Dillər

Mil nədir? 

7 Ответы

+1 👍
 
Лучший ответ
Qədim zamanlarda, eləcə də orta əsrlərdə böyük imperiyanın uzun müddət vahid dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilməsi üçün ordunu ərazisinin istənilən nöqtəsinə tez bir zamanda göndərə bilməsi vacib idi. Əks halda ucqar bir əyalətin hakimi asanlıqla mərkəzin nəzarətindən çıxar və beləliklə, imperiya dağıla bilərdi.

Qədim imperiyaların ən uğurlusu Roma imperiyası idi. O, Aralıq dənizinin ətrafında yerləşdiyindən bütün bölgələri dənizin bu başından o başına asanlıqla üzüb keçə bilən gəmilər vasitəsilə bir-birinə bağlı idi. Quru yolu ilə hərəkəti isə əla yollar şəbəkəsi olduqca asanlaşdırırdı.

Bu yollar sanki hər yerə çatan hörümçək qolları kimi Romadan imperiyanın ən uzaq guşələrinə qədər uzanırdı. “Bütün yollar Romaya aparır” kəlamı da məhz buradan qaynaqlanır.

Sərhədləri qoruyan və üsyanları yatıran legionlar bu yollarla irəliləyirdi. Burada legioner dəstəsinin atdığı min addımla ölçülən məsafə böyük rol oynayırdı. Latın dilində min addım “milia passum” kimi səslənir. Tədricən bu söz birləşməsi bir sözə qədər qısalaraq mil oldu. Müasir mil Roma milindən bir balaca uzundur və təxminən 1050 addım, yaxud 1760 yarddan ibarətdir.

Milin uzadılmasının səbəbi isə onu ingilislərin keçmiş ölçü vahidi olan 8 farlonqla eyni ölçüyə gətirmək məqsədi daşıyırdı. (Ayzek Azimov. Sözlərin tarixi)
+1 👍
Qədim Romada qəbul olunmuş, sonradan dünyada geniş yayılmış yol uzunluğunun ölçü vahidi.

Qeyri-metrik ölçü sisteminə malik ölkələrdə bu vahiddən hələ də istifadə olunur. Müxtəlif ölkələrdə 1 milin uzunluğu müxtəlifdir. Lakin mil dedikdə, adətən, Böyük Britaniya və ABŞ-da tətbiq edilən Britaniya mili nəzərdə tutulur; onun uzunluğu isə 1609 metrə bərabərdir.
+1 👍
İngilis sözüdür, bir dəniz mili 1852,2 metrə bərabərdir.
+1 👍
Nazik metal çubuq.
+1 👍
Cəza kimi gözü kor etmək üçün odda qızdırılaraq gözə çəkilən iynəvarı alət.
+1 👍
Əsasən, ABŞ və İngiltərədə istifadə olunan məsafə ölçü vahidi.

Coğrafi mil 1420 metrə, dəniz mili isə 1852 metrə bərabərdir.
+1 👍
1. Bəzi alətlərdə, mexanizmlərdə, maşınlarda ox, qol, əqrəb; ümumiyyətlə, müxtəlif işlərdə istifadə edilən nazik metal çubuq. □ Çarx mili. Dəyirman mili. Saatın milləri.

2. Corab və s. toxumaq üçün ucu küt, uzun iynə. □ Səkinə .. milləri götürüb corab toxumaqla məşğul oldu. (M.İbrahimov).

3. Parçada zolaq, zol, xətt.

4. Evlərin üstündə qurulan taxtapuşların ən yuxarısında başdan-başa qoyulan uzun ağac, tir.
Damın mili.

5. Əldə oynadılan bir ucu nazik, o biri ucu yoğun idman aləti.

6. Gözə sürmə çəkmək üçün sümükdən və s.-dən nazik alət; milçə.
Yar məni dindirir şirin dil ilə; Gözə sürmə çəkir gümüş mil ilə. (“Aşıq Qərib”).

Похожие вопросы

+2 👍
1
+2 👍
2
+2 👍
3
+2 👍
1
...