+3 гол-в
140 просмотров
от в категории Şəxslər, Tarix

Mumiya nədir? 

3 Ответы

+1 голос
от
 
Лучший ответ
Qədim misirlilər üçün insanın ölümündən sonra onun bədənini qoruyub saxlamaq çox vacib idi. Misirlilərin axirət dünyası haqda olduqca mürəkkəb təsəvvür sistemləri var idi. Onlar hesab edirdilər ki, ölümdən sonrakı həyatın bütün üstünlüklərindən yalnız dünyasını dəyişdikdən sonra bədənləri qorunub saxlananlar tam yararlana bilərlər.

Buna görə də misirlilər ölənlərin bədənlərini konservləşdirmək üçün müxtəlif üsullara əl atırdılar. Daxili orqanları çıxardaraq ayrıca daş qablarda saxlayırdılar. Həyatın əsasını təşkil edən ürəyi isə yenidən bədənə qaytarırdılar.

Sonra bədəni xüsusi məhlulların içinə yerləşdirirdilər. Həmçinin çox geniş yayılmış maddələrdən – arı mumu, yağ və duzdan da istifadə edirdilər. Olduqca mürəkkəb olan bu proses 70 gün çəkə bilərdi. Sonra bədəni su keçirməsin deyə mum hopdurulmuş kətan bintlə sarıyırdılar.

E.ə. 525-ci ildə Misiri tutan farsların diqqətini, əsasən, bədənə dolanmış kətanın üzərindəki nazik mum təbəqə cəlb etmişdi. Farslar onu mum adlandırmağa başladılar. Misiri bundan 1100 il sonra istila edən ərəblər üçün bu söz “mumia”ya, yəni bizim bu gün də işlətdiyimiz “mumiya“ya çevrildi.

Vaxt keçdikcə bu söz daha geniş məna kəsb etdi. Təsadüfən hansısa xüsusi bir şəraitə düşərək çürüməyən cəsəd mumiyalanmış adlandırılmağa başlandı.
+1 голос
от
1. Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədi.
Bir çox Misir mumiyası hal-hazıra qədər qalır və muzeylərdə saxlanılır.
2. Məcazi mənada: dərman, dava, əlac.
Bir sınmışa mumiya dilərdim; Bir xəstə üçün şəfa dilərdim.
3. Məcazi mənada: cansızlığı, arıqlığı, hərəkətsizliyi və s. xassələri ilə qurumuş cəsədi xatırladan adam haqqında.
+1 голос
от
Müxtəlif qırmızı rəngləri olan toz halında mineral boya.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 18 Фев от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 18 Фев от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
2 ответов
спросил 16 Фев от аноним в категории Şəxslər, Tarix
0 гол-в
1 ответ
спросил 16 Фев от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
2 ответов
спросил 12 Фев от аноним в категории Şəxslər, Tarix
...