Sitoplazma - canlı orqanizmlərin hüceyrəsinin nüvədənkənar protoplazma hissəsi.
Sitoplazma orqanoidlərdən və hüceyrə törəmələrindən ibarət olan hialoplazmadan və endoplazmatik şəbəkədən ibarətdir. Sitoplazmada orqanizmin böyümə və inkişafını təmin edən zülal sintezi və maddələr mübadiləsi gedir.