Araliya (daşçiçəklilər) fəsiləsindən bitki cinsi.
Hündürlüyü 70 sm-ə çatan çoxillik ot bitkisidir. Əsasən Uzaq Şərqdə, Çində və Koreyada yayılmışdır. Ən məşhur növü adi jenşendir. Azərbaycanda təcrübə məqsədi ilə əkilib becərilir. Jenşen dərman əhəmiyyətli çoxillik ot bitkisidir. Çində əhalinin geniş istifadə etdiyi kökün yeraltı metamorfozuna malik dərman bitkisidir. Əsasən ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində istifadə olunur. Meyvəkökləri insan bədənini xatırladır.