Təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlara zidd olaraq əks istiqamətdə inkişaf etməsi və/və ya yayılması.
Məsələn, yüksəkliyə qalxdıqca temperaturun azalmaq əvəzinə artması inversiya hadisəsidir. İnversiya termini fiziki coğrafiya ilə yanaşı, biologiya, meteorologiya, riyaziyyat, kimya, məntiq, psixologiya elmlərində, ədəbiyyatda da fərqli anlamlarda işlədilir.