+3 səs
207 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

İnversiya nə deməkdir? 

4 Cavab

+1 səs
 
1. biol. Xromosomun daxili hissələrindən birinin 180 dərəcə dönməsi nəticəsində onun quruluşunun dəyişməsi.
Bioloji inversiya.

2. riy. Verilmiş O (R) çevrəsinə nəzərən  müstəvi nöqtələrinin çevrilməsi.
İnversiya əmsalı.

3. dilç. Cümlədə adi söz sırasının dəyişdirilməsi ilə yaradılan bədii ifadə üsulu.
Bədii inversiya.

İnversiyadan cümlədə yeri dəyişdirilən sözü vurğulamaq, cümləyə xüsusi məna vermək, poetik mətndə vəzn və qafiyə yaratmaq məqsədi ilə istifadə olunur.
+1 səs
Cümlədə sözlərin qrammatik sırasının məqsədli şəkildə pozulması.

Söz və ifadələrin inversiya yolu ilə yerdəyişməsi bədii dili daha güclü və təsirli edir. Bundan daha çox poeziyada ritm və qafiyə yaratmaq məqsədilə istifadə olunur. İnversiya digər sintaktik fiqurlar kimi fikri qüvvətli ifadə etməyə xidmət edir.

İnsan qalıb özü ilə qarşı-qarşıya,

Ağıl qalıb xeyir ilə şər arasında. (M.Araz)

Müqayisə et: İnsan özü ilə qarşı-qarşıya qalıb. Ağıl xeyir ilə şər arasında qalıb.
+1 səs
Cümlə üzv­lə­rinin düzgün sırasının pozulması.

Mübtəda cümlənin əvvəlində, xəbər sonunda işlənir. Tamamlıq və zərflik xəbər­dən əvvəl gəlir. Təyin isə aid olduğu üzvün əvvəlində işlənir. Bu ardıcıllıq pozularsa, inversiya yaranmış olur; məs.: Ged­i­rəm mən bu gün rayona. Bu cümlədə cümlə üzvlərinin düz­gün ardıcıllığını bərpa etsək, “Mən bu gün rayona ge­di­rəm” olar. Söz və ifadələrin inversiya yolu ilə yerdəyişməsi bədii dili daha güclü və təsirli edir. Bundan daha çox poe­ziyada ritm və qafiyə yaratmaq məqsədilə istifadə olunur.
+1 səs
Təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlara zidd olaraq əks istiqamətdə inkişaf etməsi və/və ya yayılması.

Məsələn, yüksəkliyə qalxdıqca temperaturun azalmaq əvəzinə artması inversiya hadisəsidir. İnversiya termini fiziki coğrafiya ilə yanaşı, biologiya, meteorologiya, riyaziyyat, kimya, məntiq, psixologiya elmlərində, ədəbiyyatda da fərqli anlamlarda işlədilir.

Oxşar suallar

+2 səs
2 cavab
soruşub 10 Martda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...