0 səs
169 baxış

Avropa İttifaqının Komissiyası nədir? 

1 cavab var:

0 səs
 

Avropa Komissiyası (Avropa İttifaqının Komissiyası) — Avropa İttifaqının (Aİ) əsas icra orqanlarından biri. Bütün üzv dövlətlərin hökumətlərinin və Avropa Parlamentinin razılığı ilə hökumətlər tərəfindən 5 illik müddətə təyin edilmiş 1 sədr və 20 üzvdən ibaratdir.

Komissiya Aİ miqyasında vahid siya sətin həyata keçirilməsini təmin edir, İttifaq çərçivəsində qüvvədə olan müqavilələrə əməl olunmasına və qəbul olunmuş sazişlərin həyata keçirilməsinə nəzarət edir, normativ sənədlərin və qərarların layihəsini hazırlayır, Avropa İttifaqı üçün müxtəlif sahələr üzrə siyasətin təkmilləşdirilməsinə dair təkliflər verir. Komissiya üzvləri öz milli hökumətlərinə tabe deyildirlər və bütün İttifaqın mənafelərinin təmin olunması istiqamətində fəaliyyət göstərirlər. Onlara Avropa Parlamenti nəzarət edir və zərurət yaranan hallarda onlara etimad göstərməyə bilir.

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 24 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...