+1 səs
175 baxış
Elm, Təhsil, Dillər bölməsində

Manipulyasiya nə deməkdir? 

2 Cavab

+1 səs
 
1. Müəyyən işlə bağlı bir və ya iki əllə hərəkət; əl işində yüksək dəqiqlik tələb edən mürəkkəb əməliyyat.
Manipulyasiya bacarığı.

2. Əsasən, əllərin cəld hərəkəti ilə tamaşaçıların diqqətini yayındırmaqla fokus nümayişi.

3. Məcazi mənada: hansısa məsələdə hiyləyə əl atmaq, yalan danışmaq; fırıldaq, kələk, hiylə.
İnformasiya ilə manipulyasiya.
+1 səs
1. Əllə icra edilən mürəkkəb əməliyyat, fənd.

2. Auditoriyanı çaşdır­maq, vəziyyəti öz xeyrinə dəyişmək üçün hansısa hiyləyə əl atmaq, insanlara yanlış fikir və dəyərlər təlqin etmək.

İctimai manipulyasiya mediada və digər ictimai çıxışlarda mə­sələnin mahiyyətini təhrif etməklə əhalini aldatmaq deməkdir. İctimai manipulyasiya (yaxud ictimai rəylə manipulyasiya) son nəticədə insanların iradəsini qırmaq, gizli üsullarla onların şüuruna təsir göstərməklə  davranışlarını  proqram­laşdır­maq məqsədi güdür.

Oxşar suallar

+1 səs
3 cavab
soruşub 06 Apreldə anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
2 cavab
soruşub 25 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+3 səs
1 cavab
soruşub 12 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+2 səs
1 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
...