Müəssisənin fəaliyyətinin sahibkar tərəfindən müvəqqəti dayandırılması.
Bu zaman fəhlələrə əməkhaqqı verilmədiyi üçün lokaut sahibkarın işçilərə təzyiq vasitəsi hesab olunur. Lokaut tətilin bir növü növü sayılır, lakin onu işçilər deyil, sahibkar özü həyata keçirir. Lokautun ən ifrat forması sahibkarın təşəbbüsü ilə müəssisə, nümayəndəlik və ya filialın ləğv edilməsi, əməkdaşların isə kütləvi şəkildə işdən qovulması hesab olunur.