+2 səs
41 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Təhlükəsizlik Şurası nədir?

1 cavab var:

0 səs
AR Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən, Şuranın tərkibinə aşağıdakı vəzifəli şəxslər daxil edilmişdir:
Milli Məclisin sədri
Baş nazir
Prezidentin Administrasiyasının rəhbəri
Xarici siyasət məsələləri üzrə dövlət müşaviri
Hərbi işlər üzrə dövlət müşaviri
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Milli təhlükəsizlik naziri
Daxili işlər naziri
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 15 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...