1. Başqa bir dövlətin ərazisini zəbt etmək, azadlığını əlindən almaq və ya məhdudlaşdırmaq, demokratiyanı boğmaq və irticaçı rejimlər yaratmaq məqsədilə onun üzərinə hücum etmə, həmlə, basqın.
Düşmənin qəfil hava təcavüzünə uğramamaq üçün uzun-uzadı əsgər sıraları səkilərdə divar dibi ilə yeriyirdi. (Ə.Əbülhəsən).
2. Zorakılıq, təzyiq, zülm, sıxıntı; hüququna toxunma, haqsızlıq etmə, haqsızlığa yol vermə.
Yasavulbaşı bilirdi ki, bəlkə də xan özünə qarşı edilən sui-qəsdi əfv edə bilər, amma elə, xalqa qarşı təcavüzü əsla bağışlamaz. (M.Rzaquluzadə).