+2 səs
44 baxış
Şəxslər, Tarix bölməsində

Tarix nədir?

2 Cavab

0 səs
Keçmişdə insanların necə yaşadıqlarını, onların həyatında hansı hadisələrin baş verdiyini, həyatlarının necə və nə cür dəyişib indiki şəkilə düşdüyünü öyrənən ictimai elm sahəsidir.
0 səs
1. Bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt; keçmiş həyata aid olub adamların hafizəsində qalmış fakt və hadisələrin məcmusu.
..Şanlı tariximiz görməmiş ləkə; Zəfərlər qazanmış bu şanlı ölkə! (A.Şaiq).
2. İnkişaf prosesindəki gerçəklik.
Tarixin qanunları. Tarixin dialektikası. Tarixin gedişi.
3. İnsan cəmiyyətinin inkişafı haqqında elm.
Azərbaycan tarixi. Orta əsrlər tarixi.
4. Həmin fənnə aid kitab, dərslik, dərs.
Tarix kitabı.
5. Bir şəxs və ya şeylə bağlı olan fakt və hadisələrin tarixcə məcmusu.
Sumqayıt şəhərinin tarixi.
6. Bir hadisənin, şeyin inkişafının gedişi, ardıcıl inkişafı.
Yer qabığının təşəkkül tarixi. Hadisələrin inkişaf tarixi.
7. Təbiətin, mədəniyyətin, elmin hər hansı bir sahəsinin ardıcıl inkişaf və dəyişməsini öyrənən elm. □ Musiqi tarixi. Ədəbiyyat tarixi.
8. Əhvalat, hekayə, rəvayət.
Tarixi gözdən keçirmək.
9. Keçmiş.
..Bu şux zahirin də faciəli bir tarixi var. (Y.V.Çəmənzəminli).
10. Bir hadisənin dəqiq təqvim vaxtı.
Doğum tarixi.
11. Sənəddə, məktubda və s.-də onun yazılması vaxtı haqqında qeyd (il, ay, gün).
Teleqramın tarixi. Əmrin tarixi.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
+3 səs
3 cavab
soruşub 04 Martda anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəxslər, Tarix bölməsində
...