1. İnsanın ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu; mənəvi yüksəklik, ululuq, heysiyyət; namus, mənəvi saflıq, təmizlik, bəkarət; yaxşı ad, etibar. □ Şərəfini qorumaq. Şərəfini ləkələmək. Müəssisəmizin şərəfini qoruyaq.
2. Fəxr, iftixar ediləcək şey.
...qohumluğu özüm üçün böyük bir şərəf hesab edirəm. (Ü.Hacıbəyli).
3. Ehtiram, sayğı, hörmət.
Xaki-dərgahinə hər sübh sürtər gün üzünü; Qaliba ondan ona hasil olubdur bu şərəf. (M.Füzuli).
4. Şərəfinə şəklində – birinə hörmət əlaməti olaraq, birinin adına, xatirəsinə.
...ilk badələri Səmədin şərəfinə qaldıraraq, öz sözləri ilə dedi. (B.Bayramov).