Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb.
BP şirkəti və Şahdəniz tərəfdaşları bu vaxtadək Şahdəniz Mərhələ 1 layihəsinə 9 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.
Quyuların qazılmasında çətinliklərə, platformanın inşa edilməsinə, sahil terminalının tikintisinə və Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Gürcüstan-Türkiyə sərhəddinə qədər uzanan 700 km uzunluğa malik Cənubi Qafqaz Boru Kəmərinin çəkilməsinə baxmayaraq, Şahdəniz Mərhələ 1 işlənməsinə cəmi yeddi ildə nail olundu.