+1 səs
23 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Suverenlik nədir?

1 cavab var:

0 səs
(fr. ali hakimiyyət) Ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Dövlət suverenliyi dedikdə, dövlətin ölkə daxilində və onun xarici siyasi fəaliyyətində müstəqilliyi başa düşülür. Dövlətin daxili suverenliyi onun ərazisi daxilində aliliyə iddia edən başqa hakimiyyətin olmasını istisna edir. Hətta federativ dövlətlərdə belə federasiya subyektləri suveren təşkilatlar hesab olunmur, yalnız federasiyanın özü suveren təşkilat kimi tanınır. Xalqın suverenliyi- xaqlın aliliyini, öz taleyini özünün həll etməsi, öz dövlətlərinin siyasətinin istiqamətini, orqanlarının tərkibini formalaşdırmaq, dövlət hakimiyətinin nəzarət etmək hüququnu bildirir. Demokratik dövlətin konstitusiyasında öz əksini tapan “hakimiyyət xalqa mənsubdur”, “xalq hakimiyyətin mənbəyidir” kimi müddəalar xalqın suverenliyinin hüquqi təminatıdır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 03 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
3 cavab
soruşub 25 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...