Su buxarının maye halına keçmədən birbaşa buza çevrilməsi və əksinə, bərk maddənin maye halına keçmədən birbaşa qaz halına çevrilməsi prosesi.
Əgər şeh nöqtəsi donma nöqtəsindən aşağıdırsa, müəyyən temperaturda sublimasiya baş verir və buxar buz kristallarına, yaxud sırsıraya çevrilir. Digər tərəfdən bəzi maddələr, məsələn, karbon birləşmələri bərk haldan daha asan şəkildə qaz halına keçir, onların maye formasını almaq isə çox mürəkkəbdir. Bu proseslərdə temperaturla yanaşı, mühitdəki təzyiqin də böyük rolu var.