+3 səs
49 baxış
Şəxslər, Tarix bölməsində

Spitak zəlzələsi (Leninakan zəlzələsi, Gümrü zəlzələsi)

1 cavab var:

+1 səs
 
7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ.
Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəs olub, 514 min nəfər evsiz qalıb. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb.
Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
0 səs
0 cavab
soruşub 02 Mayda anonim Şəxslər, Tarix bölməsində
+3 səs
3 cavab
soruşub 04 Martda anonim Şəxslər, Tarix bölməsində
0 səs
0 cavab
soruşub 26 Fevralda anonim Şəxslər, Tarix bölməsində
...