1. Dövlətin, partiyanın və ya hər hansı bir ictimai qrupun daxili dövlət və ya beynəlxalq münasibət məsələlərində öz sinfi mənafeyinə uyğun fəaliyyəti.
Dövlətin daxili siyasəti.
2. İnqilabi işdə, inqilab hərəkatında iştirak etmə.
Siyasət üstündə tutulmaq.
3. Canlı dildə hiylə, fənd; biclik, hiyləbazlıq, fəndgirlik mənasında.
Siyasət işlətmək.
4. Klassik ədəbiyyatda cəza, tənbeh, cəza vermə mənalarında işlənmişdir.