1. Əmr, göstəriş.
Səməndər qayda-qanunu bilmədiyi üçün sərəncam gözləyirdi. (B.Bayramov).
2. Həll etmək, xitam vermək.
...gərək, Mehralı, elə günü bu gün işə sərəncam çəkək. (S.Rəhman).
3. Aqibət, son, nəticə, axır.
Yaxşı görünür surəti məhvəşlərin, əmma; Yaxşı nəzər etdikdə sərəncamı yamandır. (M.Füzuli).
4. Sərəncamında – əlində, ixtiyarında.
Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. (M.S.Ordubadi).