1. Üzərində bir faktı təsdiq, bir şeyə olan hüququ sübut edən informasiyanın əks olunduğu, müvafiq rekvizitlərə (təsdiq edənin adı, tarix və s.) malik maddi daşıyıcı.
S.-lər təyinatına (daxili, yaxud normativ S., arayış və s.) və formasına (yazılı, elektron, qrafik, audiovizual S. və s.) görə fərqlənir, jurnalistikada faktın doğruluğunu yoxlamaq üçün ən mühüm mənbələrdən birini təşkil edir.
2. Təqdim edənin şəxsiyyətini təsdiqləyən vəsiqə.