+3 səs
22 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Parnik effekti nədir?

2 Cavab

0 səs
Günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır.
Atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5-60 S artırır.
XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər. Bu illərdə aparılan eksperimentlər təsdiq etmişdir ki, karbon qazının iki dəfə artırılması nəticəsində qlobal iqlimin 2-40 S, şimal yarımkürənin qütb oblastında isə 6-80 S çox istiləşməsi mümkündür.
Parnik qazlarının, xüsusilə də karbon qazının atmosferə atılması ardıcıl olub artmaqda davam edir. Sonuncunun mənbəyi – kömürün və digər karbon tərkibli yanacaqların, neftin, qazın və onların törəmə məhsullarının ilk öncə, benzinin yanmasıdır. Parnik effektini artıran digər qazların – metanın, azot oksidlərinin, halogen – karbohidrogenlərin tullantısı böyük sürətlə artmaqda davam edir. Bəzi rəylərə görə, son illərə 15-20% parnik effekti düşür. Təkcə 1988-ci ildə tropik meşənin məhv edilməsi nəticəsində atmosferə 5,5 milyard ton karbon atılmışdır.
0 səs
Atmosferin Günəşdən gələn qısadalğalı şüaları (radiasiyanı) Yer səthinə buraxıb Yer səthindən əks olunan uzundalğalı istilik şüalarını udma qabiliyyəti.

Parnik effektini yaradan atmosferdəki su buxarı, karbon qazı və ozondur. Atmosferdə karbon qazının getdikcə artması Parnik effektinin güclənməsinə səbəb olur. Nəticədə planetin orta temperaturu artır, gündüz və gecə arasında temperatur fərqi azalır, qlobal istiləşmə təhlükəsi yaranır. Bu prosesi təsəvvür etmək üçün günəş şüalarının şüşələri bağlı istixananı, yaxud maşının içərisini necə qızdırdığını xatırlamaq kifayətdir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...