+3 голосов
101 просмотров
от в категории Qanun, Hüquq

Orta əmək haqqı

1 Ответ

0 голосов
от
 
Лучший ответ
İşçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin müəyyən olunan məbləğdir. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlədiyi günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur. Orta əmək haqqı müəyyən aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar da hesaba alınır.
İstehsalat vahidlərinin işçi qüvvəsi tərəfindən göstərilən xidmətin orta qiyməti işçilərin orta əmək haqqı ilə ölçülür. Əmək haqqı ümumi ödəmələrə aiddir (qanunvericiliyə uyğun olaraq vergilər və digər tutulmalar çıxılmadan göstərilir) və işlənilmiş vaxta görə işəgötürən tərəfindən pulla ödənilən mükafatdır.
Natura formasında ödənilən əmək haqqı – bazar qiymətləri ilə axırıncı tarixi qeyd olunmaqla işçilərə verilmiş ərzaq yaxud malların (işin, xidmətin) dəyərini təsvir edir, bu malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənirsə, onda pərakənd qiymətləri əsasında hesablanır.
2013 noyabr – 419 AZN

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 12 Фев от аноним в категории Qanun, Hüquq
+3 голосов
1 ответ
спросил 10 Фев от аноним в категории Qanun, Hüquq
+3 голосов
1 ответ
спросил 02 Фев от аноним в категории Qanun, Hüquq
+3 голосов
1 ответ
спросил 02 Фев от аноним в категории Biznes, Maliyyə
+1 голос
1 ответ
спросил 24 Янв от аноним в категории Ailə, Uşaqlar, Ev
...