Orta aylıq əmək haqqına pul və natura formasında aşağıda göstərilən ödəmələr daxil edilir: • işlənilmiş və işlənilməmiş vaxta görə günəmuzd işçilərin əmək haqqı; • illik və birdəfəlik həvəsləndirici ödəmələr; işəmuzd işçilərin əmək haqqı və işlənilməmiş vaxta görə ödəmələr; • iş vaxtından artiq vaxtda görülən işə, gecə vaxtı, çoxnövbəli iş rejiminə və bayram günlərində görülən işə görə əlavələr; • fasiləsiz iş stajina və xüsusi ixtisasa görə əlavələr; • rayon tənzimlənməsi ilə şərtləndirilən, dağlıq və ağır iqlim şəraitinə görə əlavələr; • əlverişsiz, ağır, zərərli, habelə xüsusilə ağır və zərərli əmək şəraitində işə görə əlavələr.