25 iyun 1998-ci ildə Danimarkanın Orhus şəhərində qəbul edilmiş "Ətraf mühit ilə bağli məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" BMT-nin konvensiyası. Azərbaycan Respublikası 1999-cu ildə bu Konvensiyaya qoşulmuşdur. Orhus Konvensiyası ətraf mühit hüquqları ilə insan hüquqlarını birləşdirən bir müqavilədir. Bu Konvensiyanın qəbul edilməsi əhalinin ekoloji, o cümlədən bioloji müxtəliflik haqqında məlumatlandırılmasına əlverişli şərait yaratmışdır.