“Novruz” fars sözü olub “yeni gün” deməkdir. Novruz astronomik baxımdan yazın başlandığı, gecə ilə gündüzün bərabər olduğu gündür. Bir çox ölkələrdə xalq arasında populyarlığına görə, 2009-cu ildə UNESCO Novruz bayramını dünyanın mədəni irsi siyahısına saldı. 2010-cu ildə BMT mart ayının 21-ni Beynəlxalq Novruz Günü elan etdi. Türkiyədə, İraqda, Suriyada, İranda yaşayan 30 milyon kürd üçün Novruz nəinki bayramdır, həm də milli birlik, milli mübarizə simvoludur. Türkiyədə Novruzun bayram olunması Avropa Birliyi tələbi ilə 2000-ci ildən qanuniləşib.