Dövlət orqanları tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi sənədlərdir. Daxildir: Konstitusiya, Referendum aktı, qanunlar, fərmanlar, NK qərarları, mərkəzi İH orqanlarının normativ hüquqi aktları.
Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bir sıra hallarda dövlət proqramına əsaslanır. Əsas növü qanundur. Səlahiyyətli şəxs tərəfindən imzalanıb, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək rəsmiləşdirilir. Normativ hüquqi aktlar dərc edildikdən sonra tətbiqi və icrası məcburidir.