+3 səs
78 baxış
Mədəniyyət, İncəsənət bölməsində

Nobel mükafatı nədir?

1 cavab var:

0 səs
 
Dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə 1901-ci ildən verilən nüfuzlu beynəlxalq mükafat 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin (1833-1896) vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Nobel 1833-cü il oktyabrın 21-də İsveçin Stokholm şəhərində, mühəndis ailəsində anadan olmuşdur. O, kimyaçı, mühəndis və ixtiraçı kimi tanınmışdır. Əldə etdiyi gəlirin böyük hissə onun 355 ixtirasının (dinamit, tüstüsüz barıt) payına düşür.
Nobel mükafatının məbləği hal-hazırda təxminən $1mln. 450 min-ə bərabərdir.
Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı 5 sahə üzrə verilməlidir:
Nobel Kimya Mükafatı (ilk mükafatı Yakob Vant-Hoff almışdır)
Nobel Fizika Mükafatı (ilk mükafatı Vilhelm Rentgen almışdır)
Nobel Tibb və Fiziologiya Mükafatı
Nobel Ədəbiyyat Mükafatı (ilk mükafatı Sülli-Prüdom almışdır)
Nobel Sülh Mükafatı (ilk mükafatı Anri Dühan almışdır)
Nobel İqtisadiyyat Mükafatı 1969-cu ildən İsveç Bankının təşəbbüsü ilə verilir

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 30 Dekabrda, 20 anonim
+1 səs
1 cavab
soruşub 30 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+1 səs
1 cavab
+2 səs
2 cavab
soruşub 15 Fevralda anonim Mədəniyyət, İncəsənət bölməsində
+3 səs
3 cavab
soruşub 02 Fevralda anonim Mədəniyyət, İncəsənət bölməsində
...