Mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisənin, təşkilatın statusunu, fəaliyyət sahələrini, strukturunu, funksiyalarını, öhdəlik və vəzifələrini müəyyənləşdirən hüquqi sənəd, qaydalar toplusu.
Nizamnamə təsisçi (təsisçilər) tərəfindən təsdiq edilir və dövlət orqanlarına təqdim olunur. Azərbaycan qanunvericiliyinə görə, KİV redaksiyalarının fəaliyyəti peşə müstəqilliyi və Nizamnamə əsasında həyata keçirilir.