+3 səs
147 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Nabukko qaz-boru kəməri

1 cavab var:

0 səs
 
(planlaşdırılır) Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. 3300 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), MOL (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Alman RWE Qaz Şirkəti 5 fevral 2008-də Vyanada təşkil olunan iclasda Nabukkonun altıncı ortağı olmuşdur.
Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir.
Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.
...