+3 səs
79 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Müstəqil Dövlətlər Birliyi (MDB)

1 cavab var:

0 səs
 
İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.
Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.
Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.
1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avgust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.
Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.
Ukrayna 2014-ci ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Oxşar suallar

+1 səs
3 cavab
soruşub 17 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 14 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...