İctimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması ilə məcəllənin norması arasında ziddiyət (kolliziya) yaranarsa, bu halda məcəllədə təsbit edilmiş normaya üstünlük verilir. Məcəllə ayrı-ayrı hüquq sahələrinə aid olan normaları bir araya gətirir. Mündəricat verilməlidir. Məcəllələşdirilmiş normativ hüquqi aktın bölmələri ümumi və xüsusi hissələrdə birləşdirilə bilər.