+3 👍
444 👀
Tanışlıq, Sevgi, Münasibət

Melanxolik nə deməkdir?

3 Ответы

0 👍
Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər.
0 👍
Hippokratın fərqləndirdiyi dörd temperament növündən biri; ruh düşkünlüyü, məyusluq, uğursuzluqdan tez sarsılma, güclü hislərin zahirən zəif ifadəsi ilə müşayiət olunan temperament.

Melanxolik davranışı.
0 👍
Ruh düşkünlüyü, bədbinlik, fikirçəkmə, depressiya və qəmginlik halı; məyusluq, bəd şeylər haqqında düşünmə və bundan əzab çəkmə.

Melanxoliya əlaməti.

Похожие вопросы

+1 👍
8
26/10/21 anonim Gözəllik, Geyim
+1 👍
6
+1 👍
3
25/10/21 anonim Tibb, Sağlamlıq
+1 👍
6
+1 👍
1
...