+3 səs
94 baxış
Qanun, Hüquq bölməsində

Majoritar seçki sistemi

1 cavab var:

0 səs
 
(fransızca “majorite” “çoxluq” deməkdir) Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa o da seçilir. Azərbaycan Respublikasında seçki sistemi majoritar sistemə əsaslanır.Çox geniş yayılmış seçki sistemlərindən biri majoritar seçki sistemidir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. «deputatus» - «göndərilmiş») namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən edilir: mütləq səs çoxluqlu majorilar seçki sistemi və nisbi səs çoxluqlu majoritar seçki sistemi. Mütləq səs çoxluqlu majoritar seçki sistemi seçki dairesi üzrə seçicilərin səslərinin yarıdan çoxunun, yəni 50%+l sesin toplanmasını tələb edir. Bu seçki sistemində qalib gəlməsi üçün namizəd seçki dairəsində çox böyük nüfuza malik olmalıdır. Sistemin əhəmiyyəti ondan ibarətdir ki, deputat Məclisdə seçicilərin yarıdan çoxunun iradəsini təmsil etmək imkanına malik olacaqdır. Namizədlərdən heç biri tələb olunan səs çoxluğunu (50%+1) toplamadıqda, bir qayda olaraq, daha çox səs toplamış iki namizədin iştirakı ilə səsvermənin ikinci dövrəsi keçirilir. Səsvermənin ikinci dövrəsində daha çox səs toplayan namizəd parlamentə deputat seçilir. Sesvermənin bu dövrəsində nisbi səs çoxluqlu majoritar seçki sisteminin şərtləri tətbiq edilir.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+1 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 15 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
1 cavab
...