Cəryan fransız maarifçiləri və filosofları (J.J.Russo, Didro, Lametri), ingilis filosofları (C.Lokk, T.Hobbs) və utopik sosialistlərin yaradıcılığında yer almış " təbii hüquq " nəzəriyyəsinə və dövlətin yaradılması haqqındakı " ictimai müqavilə " təliminə əsaslanır. Əsas fikir bundan ibarətdir ki, insanlar dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar.