+3 səs
426 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Quberniya nədir?

4 Cavab

0 səs
Çar Rusiyası dövründə inzibati-ərazi vahidi. Quberniya inzibati-ərazi vahidi 1708-ci ildə yaranıb, 1917-ci ildə oktyabr çevrilişi zamanı ləğv olundu.
Qəzalar isə 1929-30-cu illərdə ləğv olundu və rayonlaşma sistemi tətbiq olundu.
0 səs
Çar Rusiyasında və rayonlaşmadan qabaq SSRİ-də əsas inzibati ərazi vahidi; vilayət.
Gəncə quberniyası.
0 səs
Latın mənşəlidir, bizdə onun yerinə sancaq
0 səs
Rusiyada XVIII əsrin əvvəlindən 1929-cu ilədək əsas inzibati-ərazi vahidi.

İlk quberniyalar I Pyotrun dövründə, 1708-ci ildə yaranıb. Bu ərazi-inzibati vahidinə qubernator başçılıq edib. Quberniyalar, öz növbəsində, qəzalara bölünüb. Bəzi hallarda bir neçə quberniya general-qubernatorluqda birləşdirilib. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından bir müddət sonra quberniya sistemi Azərbaycana da şamil edilib. Azərbaycanlıların məskunlaşdıqları ərazilər müxtəlif quberniyalar arasında bölünüb. Kutaisi quberniyası istisna olmaqla Azərbaycan torpaqları hissə-hissə Cənubi Qafqazdakı bütün quberniyaların (Şamaxı, Bakı, Yelizavetpol (Gəncə), İrəvan, Tiflis) tərkibinə daxil edilib. Quberniyalar 1929-cu ildə ləğv olunub.

Oxşar suallar

0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
5 cavab
soruşub 18 Apreldə anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 02 Martda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
3 cavab
soruşub 20 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
4 cavab
soruşub 20 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...