+3 səs
72 baxış
Şəxslər, Tarix bölməsində

Qriqori təqvimi

1 cavab var:

0 səs
Hazırda dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir. Qriqori təqvimi də Yuli təqvimi kimi 12 aydan ibarətdir: yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr
Yuli təvimi hər 400 ildə təxminən 3 gün qabağa qaçırdı. Məsələn, əgər eranın başlanğıcında - İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşübsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdən sonra İspaniya, İtaliya, Portuqaliya ərazisində elan edildi ki, heç də oktyabrın 5-i yox, əslində 15 oktyabrdır! Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını dərhal tanımadılar. Məsələn, Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi və yalnız göstərilən ildə, Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada elan edildi ki, bəs sabah heç də fevralın 1-i yox, əslində fevralın 13-üdür.

Oxşar suallar

+1 səs
2 cavab
soruşub 24 Yanvarda anonim Digər bölməsində
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim
+1 səs
1 cavab
+2 səs
2 cavab
soruşub 30 Dekabrda, 20 anonim Digər bölməsində
0 səs
0 cavab
soruşub 02 Mayda anonim Şəxslər, Tarix bölməsində
...