0 səs
286 baxış

Absentizm nədir?

1 cavab var:

0 səs
 

Absentizm (lat. absens (absentis) olmamaq) - siyasi iştirakdan yayınma, siyasi apatiya.

Ümumən qabul edilmiş mədəniyyət: normalarının demək olar ki, tam sıxşdırılıb çıxarılması zamanı şəxsiyyətdə: submədəniyyət (eyni mədəniyyət daxilində qrup və ya bölgə xüsusiyyətlərini əks etdirən mədəniyyət) normalarının üstünlüyə malik olmanı Absentizmi şərtləndirən əsa səbəbdir. Şəxsi maraqların yüksək dərəcədə təmin olunması da siyasətə marağın itirilməsinə gətirib çıxara bilə. Şəxsiyyətin müstəqil olaraq öz problemləri ilə məşğul olma qabiliyyəti, şəxsi qaydadı öz maraqlarını müdafiə etməsi, siyasətin gərəksizliyini doğura bilər. Siyasi apatiya mürəkkəb problemlər qarşısında çarəsizlik, siyasi institutlara inamsızlıq, qəraraların işlənib hazırlanması və qebul edilməsi prosesinə təsir etməklə bağlı ümidsizlik hissilə şərtlənir. Absentizm qrup normalarının tənəzzülü, hər hansı sosial qrupa, deməli, sosial həyatın məqsəd və dəyərlərinə şəxsi mənsubolma hissinin itrilməsi, siyasətin şəxsi həyatla əlaqəsi haqqında təsəvvürlərin olmaması ilə şərtlənmişdir. Absentizm, daha çox gənclərdə, müxtəlif submədəniyyət nümayəndələrində, təhsil səviyyəsi aşağı olan şəxslərdə müşahidə olunur.

Oxşar suallar

0 səs
0 cavab
0 səs
0 cavab
soruşub 02 İyunda anonim İnternet, Kompüter bölməsində
0 səs
0 cavab
soruşub 24 Mayda anonim
0 səs
1 cavab
soruşub 23 Mayda anonim
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...