AR-ın Konstitusiyasına əlavələr edilməsi Konstitusiyada yeni normaların müəyyən edilməsidir. Bu xüsusiyyəti ilə o, Konstitusiyaya dəyişikliklər edilməsindən fərqlənir. Konstitusiyaya əlavələr MM-də 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları MM-də 2 dəfə səsə qoyulur. 2-ci səsvermə 1-ci səsvermədən 6 ay sonra keçirilir. Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları həm 1-ci, həm də 2-ci səsvermədən sonra bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada (qanunlar qəbul edildiyi gündən 14 gün müddətində, təcili elan edilibsə, 24 saat ərzində) Prezidentə imzalanmaq üçün təqdim edilir) Prezidentə imzalanmaq üçün təqdim olunur. Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları Prezident tərəfindən 2-ci səsvermədən sonra imzalandıqda qüvvəyə minir. Konstitusiyaya əlavələr edilməsini təklif etmək hüququ iki kateqoriya subyektə məxsusdur: MM-in 63 deputatına və Prezidentə