+3 səs
575 baxış
Qanun, Hüquq bölməsində

Konstitusiya nədir? 

2 Cavab

0 səs
 
(lat. constitutio — «quruluş») Dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. Konstitusiya – Dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir. Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar. Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır kı, çoxlu dəyişiklilərlə bü gün də qüvvədədir. Bəzi ölkələrin Konstitusiyalarının qəbulu: San-Marino, 1600-cü il, Konstitusiyalı respublika ABŞ, 1789-cu il, Konstitusiyalı federativ respublika Norveç, 1814-cü il, Konstitusiyalı monarxiya Niderland, 1815, Konstitusiyalı monarxiya Kosta-Rika, 1838, demokratik respublika İtaliya, 1947, İtaliya Konstitusiyası Yaponiya, 1947, Yaponiya Konstitusiyası ÇXR, 1949, Çin Xalq Respublikası Konstitusiyası Almaniya, 1949, Hindistan, 1950, Hindistan Konstitusiyası Türkiyə, 1982 Rusiya, 1993, Rusiya Federasiyası Konstitusiyası Azərbaycan, 1995, AR-ın Konstitusiyası Ekvador, 2008 Boliviya, 2009
0 səs
Dövlətin ali qanunudur

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 07 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 07 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
+1 səs
0 cavab
soruşub 14 Martda anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
...