Mərkəzi dövlətlər”, və ya “3-lər ittifaqı”
Birinci dünya müharibəsi dövründə (1914-1918) "dostluq sazişi" (Antanta) dövlətlərinə qarşı olan Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyalarının hərbi-siyasi bloku. İttifaq dövlətlərinin müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi.