Dil birliyi, ərazi ümumiliyi, məişət və mədəniyyət xüsusiyyətləri və həmçinin etnik özünüdərketməsi ilə səciyyələnən insan qrupları
Müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir, vətən qarşısında eyni məsuliyyəti daşıyır. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Dünyada sayca ən böğyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq-insanların birliyinin tarixən qəbilə-tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir. Hər bir xalqın özünün toplu adı vardır. Xalq anlayışı həm quldarlıq həm də feodalizm qurluşları üçün xasdır. Kapitalist münasibətlərin inkişafında insan birliyinin yeni forması - millət əmələ gəlir.