+3 səs
277 baxış
Qanun, Hüquq bölməsində

Genosid nədir?

3 Cavab

0 səs
Hər hansı bir qrupu qismən, yaxyd tam qırmaq qəsdi ilə hərəkət, dövlət səviyyəsində təşkil olunan soyqırımı
0 səs
Soyqırımı; ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini əlamətə görə məhv edilməsi.
Xocalı genosidi.

Bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri. Genosid cinayətləri faşizmə, irqi və milli ədavəti, “ali” irqlərin “aşağı” irqlər üzərində hökmranlığını və s.-ni təbliğ edən mürtəce “nəzəriyyələrə” əsaslanır.
0 səs
Hər hansı milli, irqi, dini, yaxud tarixən formalaşmış etnik-mədəni qrupun tamamilə və ya qismən məhvinə yönəlmiş hərəkət.

1948-ci ildə genosid BMT tərəfindən bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi tanınıb. İlk dəfə 1943-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas R.Lemkin tərəfindən işlədilən genosid termini II Dünya müharibəsindən sonra beynəlxalq status qazanıb. Bəşər tarixində ən qədim dövrlərdən bu günədək çoxsaylı genosid faktlarına rast gəlmək olar. Dağıdıcı müharibələr, hökmdarların yürüşləri, daxili etnik və dini toqquşmalar, müstəmləkəçilik müharibələri bir sıra hallarda genosidlə müşayiət olunub. Nəticədə çoxlu tayfa birdəfəlik yer üzündən silinıb, böyük əhali qrupları doğma yerlərini tərk edərək qonşu ölkələrə mühacirət etməli olublar.

Oxşar suallar

+1 səs
0 cavab
soruşub 14 Martda anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
+1 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
0 səs
2 cavab
soruşub 07 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
0 səs
0 cavab
soruşub 07 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
...