Qar xəttindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, hava soyuyanda isə donması nəticəsində əmələ gələn buz kristalları.
Bu kristalların ölçüsü 1 mm-dən 5-10 mm-ə qədər olur. Firn qarla buz arasında keçid formasıdır, əriyib-donduqca o, sıxlaşır, bərkiyir və tədricən buzlaq buzuna çevrilir.