+3 səs
588 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Fiord nə deməkdir?

2 Cavab

0 səs
Ensiz, dərin, yamacları dik və sıldırımlı qayalıq dəniz körfəzi. Fiordlar 4-cü materik buzunun fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dənizin basması nəticəsində əmələ gəlmişdir. Belə körfəzlərin olduğu sahil fiord tipli sahil adlanır. Ş.Avropa ucun xarakterikdir. Fiord tipli sahilə Norveç, Qrenlandiya, Novaya Zemlya, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir.
0 səs
Böyük məsafədə qurunun içərilərinə doğru uzanan ensiz, dərin, yamacları dik dəniz körfəzi.

Fiordlar Kaynozoy erasının Dördüncü dövr materik buzlarının fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dəniz suyunun basması nəticəsində əmələ gəlib. Fiord tipli sahillərə, əsasən, şimalda (Skandinaviya, Kola, Taymır, Labrador, Çukot yarımadaları, Qrenlandiya, Novaya Zemlya, Şpitsbergen, İslandiya, Kanada-Arktika arxipelaqı adaları) və Cənubi Amerikanın Pataqoniya sahillərində təsadüf olunur.

Oxşar suallar

0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
5 cavab
soruşub 18 Apreldə anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 02 Martda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
3 cavab
soruşub 20 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
4 cavab
soruşub 20 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...