+3 гол-в
251 просмотров
от в категории Qanun, Hüquq

Feldyeger xidməti nədir?

1 Ответ

+2 гол-в
от
 
Лучший ответ
Mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə xidmətidir. Azərbaycanda Dövlət Feldyeger Xidməti NK-nin nəzdində (daxilində) fəaliyyət göstərir.
Feldyeger rabitəsi dövlət rabitə xidmətinin xüsusi növüdür. Azərbaycan Respublikasında onun vəzifələri aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarını (məktublaşmalarını), eləcə də diplomatik korrespondensiyaları (məktublaşmaları) Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırmaq;
- müəssisə, idarə və təşkilatların korrespondensiyalarını, habelə texniki sənədləri və sənaye məmulatları nümunələrini Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılmaq: bunlar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müqavilə əsasında yerinə yetirilir. Feldyeger rabitəsi orqanlarında dövlət qulluğu dövlət qulluğunun xüsusi növüdür.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 10 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
+3 гол-в
1 ответ
спросил 23 Апр от аноним в категории Biznes, Maliyyə
+1 голос
2 ответов
спросил 19 Окт от аноним в категории Qanun, Hüquq
+1 голос
2 ответов
спросил 19 Окт от аноним в категории Qanun, Hüquq
...