+3 səs
1,936 baxış
Terminlər, Sözlər bölməsində

Evrika nə deməkdir?

4 Cavab

+1 səs
 
Arximed, ola bilsin, qədim dövrün ən dahi alimi olub. O, e.ə. III əsrdə Sirakuzada  yaşayıb və deyilənə görə, çar Hierona qohumluğu çatıb.

Zərgərin qızılı oğurlayıb əvəzində düzəltdiyi əşyalarda gümüş və misdən istifadə etdiyindən şübhələnən Hieron Arximeddən bunun, həqiqətən də, belə olub-olmadığına aydınlıq gətirməsini xahiş edir.

Gümüş və mis sıxlığına görə qızıldan yüngüldür. Onları, həqiqətən də, qızıla qatsalar, eyni çəkidə olan təmiz qızıldan daha çox yer tutmalı idi. Əgər Arximed tacın həcmini bilsəydi, dərhal onun lazımi ölçüdən böyük olub-olmadığını söyləyərdi. Ancaq tacı əridərək yekcins kütləyə çevirmədən onun həcmini necə öyrənə bilərdi?

Elə bu fikirlərlə də Arximed şəhər hamamına yollanır, su ilə dolu vannaya uzanır və suyun vannanın qırağından daşmasını müşahidə edir. Vannadan sıxışdırılıb çıxardılan suyun həcmi vannaya salınmış cismin həcminə bərabər olmalıdır. Hər hansı bir cismin həcmini öyrənmək üçün, sadəcə, onun sıxışdırıb çıxartdığı suyun həcmini ölçmək kifayətdir.

Arximed vannadan çıxaraq elə çılpaq vəziyyətdə küçə ilə qaçmağa başlayır. Qaça-qaça elə hey bircə söz – “Evrika! Evrika!” (“Tapdım!”) deyə qışqırır. O lazım olan hər şeyi ölçüb-biçdikdən sonra zərgərin, həqiqətən də, dələduzluq etdiyi ortaya çıxır.

O vaxtdan “Evrika!” qəflətən ağlına gələn bir fikirlə nəyisə kəşf edən insanın sevinc hayqırtısına çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)
+1 səs
yun. heureka – “mən tapdım”: qədim yunan alimi Arximedin adına çıxılan nida cümləsi
Hər hansı bir kəşflə, tapıntı və uğurla bağlı söylənən sevinc nidası.
Evrika sorağında.
–1 səs
"Tapdım" - Arximed
–1 səs

men nebilimdevil

Oxşar suallar

0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Terminlər, Sözlər bölməsində
...