+3 голосов
197 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Etnoqrafiya nə deməkdir?

3 Ответы

0 голосов
от
Yunan sözü olub, "etnos" xalq, "qrafis" isə təsvir etmək deməkdir. Etnoqrafiya xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, istək və arzularına daha çox bələd olan elmdir. Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir.
0 голосов
от
Xalqları, etnosları, onların məişətini, adətlərini, etnik birliklərin yaranması və inkişafını, yayılması və qarşılıqlı mədəni əlaqələrini öyrənən elm sahəsi.
Qafqazın etnoqrafiyası.
0 голосов
от
Dünya xalqlarının maddi və mənəvi mədəniyyətinin xüsusiyyətlərini, onların məişətini, mənşəyini və məskunlaşmasını, eləcə də xalqlar arasındakı qarşılıqlı tarixi-mədəni əlaqələri öyrənən elm.

Müstəqil elm sahəsi kimi etnoqrafiya XIX əsrin ortalarında formalaşıb. Müasir dövrdə yalnız bəzi postsovet ölkələrində (o cümlədən Azərbaycanda) Etnoqrafiya terminindən istifadə olunur. Dünyanın əksər hissəsində isə “antropologiya” və “etnologiya” terminlərindən istifadəyə üstünlük verilir. Bu, bir çox alimlərin fikrincə, etnoqrafiya anlayışının «təsvirçilik» mənası verməsi, həmin elm sahəsinin nəzəri aspektlərini özündə ehtiva edə bilməməsi ilə izah olunur. Lakin etnoqrafiya elmi təsvirçilik mərhələsini hələ XX əsrin əvvəllərində arxada qoyub.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 13 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
2 ответов
спросил 05 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
2 ответов
спросил 12 Апр от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
2 ответов
спросил 10 Март от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 03 Март от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...