+3 səs
404 baxış
Elm, Təhsil, Dillər bölməsində

Epiqrafika nədir?

3 Cavab

0 səs
Epiqraflar haqqında elm
0 səs
Bərk materiallar (daş, metal, ağac, sümük və s.) üzərində, əsasən, qədim və orta əsrlərə aid yazıların toplanması, nəşri, habelə şərhi ilə məşğul olan köməkçi tarix və filologiya fənni.

Epiqrafik antik dövrə və qədim Şərqə marağın kəskin artması ilə əlaqədar İntibah dövründə yaranıb, onun elmi metodları isə XVIII–XIX əsrlərdə formalaşıb. Ədəbiyyatda qədim kitabələr epiqrafik abidələr adlanır. Bu abidələrin detallı tədqiqi, həmçinin yazının tarixinin öyrənilməsi isə epiqrafikaya yaxın fənn olan paleoqrafiyanın vəzifəsidir.
0 səs
Bərk materiallar (daş, metal, gil və s.) üzərində həkk olunmuş qədim yazıları tədqiq edən elm sahəsi.

Tarix və filologiya elmlərinin tərkib hissəsi sayılan epiqrafika XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşıb. Rozet daşı vasitəsilə Qədim Misir heroqliflərinin sirrinin Şampolyon tərəfindən açılması bu sahənin inkişafına güclü təkan vermişdir. Babil mixi yazılarının, Mikena və Orxon-Yenisey yazılarının oxunması epiqrafikanın ən böyük uğurlarıdır.

Oxşar suallar

+1 səs
3 cavab
soruşub 06 Apreldə anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
2 cavab
soruşub 25 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+3 səs
1 cavab
soruşub 12 Martda anonim Elm, Təhsil, Dillər bölməsində
+2 səs
1 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
...