+3 səs
235 baxış
Terminlər, Sözlər bölməsində

Elita nə deməkdir? 

4 Cavab

0 səs
Fransızca seçilmiş deməkdir. Yüksək təbəqə, zümrə. Hakimiyyətin daşıyıcısı anlamına gəlir.
0 səs
Elita – ümumi maraqlara və real hakimiyyət alətlərinə malik insanların qarşılıqlı əlaqələrinə əsaslanan sabit və dayanıqlı birlik formasıdır. XIX əsrin sonu – XX əsrin əvvəlinədək bu termin ictimai elmlərdə geniş işlənməyib. Elitanın müxtəlif təsnifat növləri var. Funksional əlamətə görə o, siyasi, iqtisadi, hərbi, mədəni, elmi və s. Elitalara ayrılır. Siyasi sistemdə tutduğu yerə görə iqtidar və müxalifət Elitaları, tərkibinin yenilənməsi intensivliyinə və üzvlərin cəlb olunması metodlarına əsasən açıq və qapalı Elitalar fərqləndirilir və s.
0 səs
Cəmiy­yətin sosial strukturunda idarəçilik ­funk­­­­­siyalarını yerinə yetirən, elmin və mə­­də­­niyyətin inkişafını təmin edən ən yuxarı təbəqə.

Elitareal hakimiyyət, ­ida­rəçilik ­və təsir mexanizmlərinə malik ­in­sanların ­bir-biri ilə əlaqəli, dayanıqlı iş­birliyidir. Hər­ bir elita cəmiyyətin həyatında yeni davranış ­mo­dellərinin (stereotiplərin) yaradılması ­pro­s­esini reqlamentləşdirir. Strukturuna görə elita kənardan təsirlərə tam açıq (“de­mok­ratiyanın hakimiyyəti”), yaxud kənar mü­da­­­xilələrə tam qapalı ­(“avtoritar cə­miy­yət”) ola bilər. Elitanın key­fiyyəti malik ­ol­duğu imtiyazlar və üs­tün­lüklər fonunda öz mü­rəkkəb funksiyalarını yerinə ye­tir­mək qa­biliyyəti ilə ölçülür. Fəaliyyət sahə­sinə görə siyasi, iqtisadi, elmi, mədəni, hərbi və s. elitalar fərq­lən­dirilir. KİV-in elita əlarla, ilk növ­bədə, siyasi elita ilə qarşılıqlı mü­nasibətləri, əsasən, me­dianın ictimai rəyə təsir gücü və cə­miy­yətdə nüfuzundan ası­lıdır. Buna uy­ğun olaraq media ilə siyasi elitanın mü­na­si­bətləri müxtəlif modellər üzrə qurulur: lobbiçilik; konstruktiv dialoq; ha­kimiyyət orqanlarının və nüma­yən­də­lə­rinin KİV-in idarəçiliyində qismən iştirakı; korrupsiya; siyasi hakimiyyətin medianın fəaliyyəti üzə­rində tam nəzarəti və s.
0 səs
Hər hansı cəmiyyətdə sosiumun fəal, öndə gedən tərkib hissəsi; müəyyən sahələrin (elm, ədəbiyyat, incəsənət və s.) və peşə-ixtisas qruplarının (həkim, yazıçı, alim və b.) görkəmli, yüksək intellektli, ictimai əxlaqı, düşüncəsi və davranışı ilə seçilən nümayəndələri.

Oxşar suallar

0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Terminlər, Sözlər bölməsində
...